Elmi tədqiqat

nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə.
Elmi-texniki tərəqqi
Elmi-tədqiqat institutu
OBASTAN VİKİ
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Elmi-tədqiqat institutu – əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisə Elmi tədqiqat institutu müstəqil ya müvafiq dövlət orqanının müəyyən etdiyi elmi təşkilatın, ali təhsil müəssisəsinin və digər qurumların nəzdində fəaliyyət göstərir. Elmi tədqiqat institutunun ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura aşağıdakı funksiyaları yerinə yetirir: — elmi tədqiqat institutunun strukturunu müəyyən edir — elmi tədqiqat institutunun strateji inkişaf vəzifələrini və hədəflərini müəyyənləşdirir — elmi tədqiqat müəssisəsinin ayrı-ayrı sahələr üzrə yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və qiymətləndirir — ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırır Azərbaycanda müxtəlif sahələrdə elmi tədqiqat institutlari yaranib. Onlardan tibb, kənd təsərrüfatı, iqtisadiyyat və digər sahələrdə.
Aqromexanika Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu — Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində olan elmi-təqdiqat müəssisəsi. Azərbaycan SSR Nazirlər Sovetinin 7 yanvar 1958-ci il tarixli qərarı əsasında, о zaman yeni yaradılmış Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının tərkibindəki sahə institutlarının mexanikləşdirmə şöbələrinin bazasında Azərbaycan Kənd Təsərrüfаtının Mexanikləşdirməsi və Elektrikləşdirilməsi İnstitutu yaradıldı. 1997-ci ildə institutun adı dəyişdirilərək «Aqromexanika» Elmi Istehsalat Mərkəzi, hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il qərarı ilə Azərbaycan Elmi-Tədqiqat «Aqromexanika» Institutu adı altında fəaliyyət göstərir. Institutun tərkibində hal-hazırda «Maşınqayırma», «Emal maşınları», «Elmi-texniki informasiya», «Heyvandarlığın elektromexanikləşdirilməsi və avtomatlaşdırılması» şöbələri, «Maşınlar sistemi», «Texniki bitkilərin mexanikləşdirilməsi», «Bağçılığın və üzümçülüyün mexanikləşdirilməsi», «Normativlərin işlənməsi», «Texniki servis və diaqnostika», «Bitkiçilik məhsullarının emalı və saxlanılması», «Alternativ və bərpa olunan enerji mənbələri» laboratoriyaları, «Yeni mаşınlаrın və tərtibatların konstruksiya edilməsi», «Texniki vasitələr», «Təsərrüfat» və «Texniki təchizat» bölmələri vardır. 1980-ci il dekabrın 16-da Umummilli liderimiz Hеydər Əliyеv Gəncədə olarkən institut tərəfindən hazırlanmış müxtəlif qurğu, avadanlıq və maşınlarla tanış olmuş və öz müsbət münasibətini bildirmişdir. Bütün bunların nəticəsi idi ki, institut 1986-cı ildə Azərbaycan Respublikası Həmkarlar Ittifaqı və Dövlət Aqrar Sənaye Komitəsinin keçici Qırmızı Bavrağını, 1986-87-ci illərdə isə Ittifaq ET institutları аrаsında ixtiraçılıq və səmərəli təklif üzrə keçirilən yarışın qalibi olmuşdur. İnstitutun əməkdaşları tərəfindən 340-dan artıq ixtiraya keçmiş Sovetlər Ittifaqı, Rusiya Federasiyаsi və Azərbaycan Respublikasının müəlliflik şəhadətnaməsi və patenti, 80 adda yeni maşın və qurğu, 5 yeni texnologiya və mаşın kompleksi, 27 ədəd tövsiyə işlənib hazırlanmış, 38 yeni konstruksiyalı kənd təsərrüfatı mаşınları keçmiş ittifaq maşınlar sisteminə daxil edilmişdir ki, onlardan da 8-i keçmiş SSRİ-nin maşınqayırma zavodlarında seriya şəklində buraxılışa verilmişdir. Bu konstruksiyalara 7 Beynəlxalq sərgidə (SSRİ, ÇSSR, İran) 2 qızıl, 7 gümüş və 7 bürünc medal, 1 ixtiraya isə Fransa, Bolqarıstan və AFR-in patentləri alınmışdır. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu adlanırdı.
Baytarlıq Elmi-Tədqiqat İnstitutu
Baytarlıq Elmi-Tədqiqat İnstitutu — baytarlıq institutu. == Haqqında == BETİ-nin təməli Çar hökumətinin qərarı ilə 1901-ci ilin dekabr ayının 12-də Zaqafqaziyada baytarlığa dair ilk elmi müəssisə sayılan taun əleyhinə Zurnabad (Gəncə quberniyası) stansiyası təşkil edilmişdir. 1935-ci ildə hökumətin qərarı ilə respublika torpaq nazirliyinin 1935-ci il yanvarın 20-si 32/34 №-li əmri ilə Az. BETİ Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə Stansiyasına çevrildi və Zurnabaddan Bakıya köçürüldü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarının 3-cü hissəsinə əsasən Azərbaycan Dövlət baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitut və Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq Elmi–Tədqiqat İnstitutu yaradılmışdır. İnstitutun tərkibində Gənc alimlər şurası təşkil olunub və instititun gənc alimləri burada da öz elmi fəaliyyətlərini göstərirlər. İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizimlərin ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respulikasının baza müəssisəsidir. Hal-hazırda institutda 20 müxtəlif istehsalat və nəzarət, 5 salmonelyoz və 20 quduzluq, 1 quş qripi və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır. == İnstitutun əsas nailiyyətləri == Zurnabad stansiyasında iribuynuzlu heyvanların taun xəstəliyinə qarşı serum hazırlanaraq 1902–1929-cu illərdə Türkiyədə, İranda, Orta Asiyada və başqa Yaxın Şərq ölkələrində, habelə Azərbaycanda geniş tətbiq edilmişdir. İribuynuzlu heyvanların və camışların pasterelyoz xəstəliyinə qarşı QOA formol vaksin ilk dəfə akademik M. Qəniyevin rəhbərliyi ilə 1949-cu ildə hazırlanmış və istifadəyə verilmişdir.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
İlk dəfə respublikamızda heyvandarlığın vəziyyətini öyrənmək məqsədilə Azərbaycan Хalq Kоmissarlığının təklifi ilə 1926-cı ildə ekspedisiya təşkil edilmişdir. Tədbirin icrası üçün 12 nəfərdən ibarət tədqiqat qrupu yaradılmış, 418 yaşayış məntəqəsində 16540 baş heyvan fərdi təsərrüfatlarda öyrənilmiş, 5543 süd, 2340 yun, 71 dəri, 526 yem və 5690 bitki nümunələri, 7 heyvan skeleti, 520 heyvan başının skeleti, 150 baş qоyunların quyruğunun skeleti tədqiq edilmişdir. Elə həmin il Respublika Hökumətinin qərarı ilə Gəncə şəhərindən 7 km, Хanlar (Göygöl) şəhərindən 3 km aralı ərazidə heyvandarlıq elm оcağının əsası qоyulmuşdur. 1929-1930-cu illərdə ekspedisiyanın nəticələri əsasında Azərbaycan heyvandarlığının bütün sahələrini əhatə edən 6 cilddə kitab məcmuəsi nəşr edilmişdir. 1944-1949-cu illərdə stansiyaya prоfessоr F.Ə.Məlikоv rəhbərlik etmiş və demək оlar ki, gələcək institutun sərbəst elmi-tədqiqat müəssisəsi statusu alınmasının kоnkret kоnsepsiyasını hazırlamışdır. 1949-cu ildə Heyvandarlıq təcrübə stansiyasının bazasında Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu təşkil edilmişdir. İnstitut 1979-2015-ci ilə qədər akademik Firuz Əli оğlu Məlikоvun adını daşımışdır. İnstitut Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tariхli fərmanı ilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmişdir. 17 aprel 2015-ci il tarixli 109 №-li qərarı ilə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental istehsalat Faxralı Təcrübə stansiyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu yaradıldı. Eyni zamanda, Nazirlər kabinetinin 17 aprel 2015-ci il tarixli 111 №-li qərarı ilə Ağdam və Ağstafa atçılıq MMC təsərrüfatları Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun tabeliyinə verilmişdir.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu — Respublikada tərəvəzçilik sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış institutut. Direktoru Elmar Allahverdiyevdir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu adlanırdı. 1965-ci ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda fəaliyyət göstərən tərəvəz bitkiləri şöbəsinin bazasında Tərəvəzçilik Elmi Tədqiqat Institutu yaradıldı və 3 təcrübə stansiyasi (Lənkəran TS-faraş tərəvəzçilik zonası, Qusarçay TS — inkişaf etmiş konserv sənayesi zonası, Tovuz TS-kartofçuluq zonası), 1 dayaq məntəqəsi (Şəmkir Dayaq Məntəqəsi-yüksək keyfiyyətli toxumluq kartof məhsulunun alınması zonası) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron yardımçı təcrübə təsərrüfatı) onun sərəncamına verildi. Institut yarandığı vaxtdan bir sıra nailiyyətlərin aparıcısı olmuşdur. İnstitutun seleksiyaçı alimləri tərəfindən tərəvəz, bostan və kartofun 100-ə qədər sortu yaradılmışdır ki, onlardan 38-i rayonlaşdırılmış, 10 sort isə Seleksiya Nailiyyətlərinin Sınağı üzrə Dövlət Komissiyasında sınaqdan keçirilir. Az. ETTİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları, 8 Regional Elm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar, Radiobiologiya, Aqrokimya və Torpaqşünaslıq, Zoologiya İnstitutları, Bakı Dövlət Universiteti, Özbəkistan Elmi-Tədqiqat Tərəvəzçilik, Bostançılıq və Kartofçuluq İnstitutu, Qazaxıstan Elmi-Tədqiqat Kartofçuluq və Tərəvəzçilik Institutu ilə əməkdaşlıq edir. İnstitutda fəlsəfə və elmlər doktorları üzrə doktorantura təhsili həyata keçirilir.
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Əkinçilik Elmi Tədqiqat İnstitutu - Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır. Əkinçilik ET İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir. Əkinçilik ET İnstitutunun bazasında 1965-ci ildə ET Tərəvəzçilik İnstitutu, 1969-cu ildə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yaradılmışdır. Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılmışdır. 2000-2015-ci illər aralığında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir. İslahatdan sonra Institutun hazırkı strukturuna 3 şöbə (bitki seleksiyasi; bitki fıziologiyası və biotexnologiya; davamlı əkinçilik və bitki diversifikasiyası); 4 laboratoriya (dənin keyfiyyəti; ilkin toxumçuluq və toxumun keyfiyyəti; xəstəlik və zərərvericilərə nəzarət; torpaq və bitki analizləri), yayım və təlim əlaqə qrupu, kitabxana və kompüter mərkəzi, xarici dil və ictimai elmlər kafedrası 4 bölgə təcrübə stansiyasi (Tərtər, Qobustan, Cəlilabad, Zaqatala), 1 dayaq məntəqəsi (Şəki) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron) daxildir. Azərbaycan ET Əkinçilik İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərci) bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqəsədə nail olmaq üçün institutda yerinə yetirilən 9 mövzu və 9 iş, 5 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq pax¬lalıları, davamlı əkinçilik və bitki diversifıkasiyası) üzrə yerinə yetirilir. Bu proqramlardan 4-ü seleksiya, 1-i becərmə texnologiyası istiqamətlidir.
Elmi-Tədqiqat Kardiologiya İnstitutu
Elmi-Tədqiqat Kardiologiya İnstitutu (Azərbaycan)
Hərbi Elmi-Tədqiqat İnstitutu
Hərbi Elmi-Tədqiqat İnstitutu — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, əlavə təhsil proqramlarını, ali təhsilin magistratura və adyunktura səviyyələrində kadr hazırlığını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi-elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı prosesinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli fərmanı ilə Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutu yaradılmışdır. Hərbi Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının hüquqi varisidir. Azərbaycan Ordusunda elmi fəaliyyət elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş proses olaraq hərb elminin inkişafı və onun nəticələrinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə aparılan məqsədyönlü yaradıcılıq və təşkilatçılıq işidir. Elmi fəaliyyət Azərbaycan Ordusunun geniş funksiyası ilə əlaqəli məsələləri əhatə edir, ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin etmək məqsədilə ordu və hərbi təhlükəsizliyin müxtəlif hərbi-siyasi, taktiki-strateji, maddi-texniki, sosial, mənəvi-psixoloji, həmçinin hərbi təhsil və elm sisteminin problemlərinin öyrənilməsini təmin edir. Elmi fəaliyyətin məqsədi hərb elminin aktual problemləri üzrə elmi tədqiqatların aparılması, onun nəticələrinin ordu quruculuğunun təkmilləşdirilməsi və ölkənin müdafiə qüdrətinin yüksəldilməsində effektiv tətbiqi, həmçinin hərbi kadrlara hərbi-elmi biliklərin verilməsi, onların praktiki fəaliyyətində istənilən məsələnin həllinə elmi yanaşma bacarıqlarının formalaşdırılması, tapşırıqların yüksək elmi səviyyədə yerinə yetirilməsini təmin etməkdir. Hərbi Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali təhsilin magistratura və adyunktura səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlanmasını, dövlət orqanlarının vəzifəli şəxslərinə hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini, hərbi elmlər sahəsində elmi tədqiqat işlərinin aparılmasını və əlavə təhsil üzrə kadr hazırlığını həyata keçirməkdir. Yüksəkixtisaslı kadrların hazırlanması elmi, elmi-pedaqoji, elmi-texniki və intellektual potensialın artırılmasına, elmi yaradıcılığın inkişafına və elmi biliklərin yayılmasının təmin edilməsinə xidmət edir. Yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan adyunkturada fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi verilməklə həyata keçirir. Təhsil qiyabi forma üzrə, həmçinin dissertantlıq yolu ilə də reallaşdırır.
Azərbaycan Aqromexanika Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu — Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində olan elmi-təqdiqat müəssisəsi. Azərbaycan SSR Nazirlər Sovetinin 7 yanvar 1958-ci il tarixli qərarı əsasında, о zaman yeni yaradılmış Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının tərkibindəki sahə institutlarının mexanikləşdirmə şöbələrinin bazasında Azərbaycan Kənd Təsərrüfаtının Mexanikləşdirməsi və Elektrikləşdirilməsi İnstitutu yaradıldı. 1997-ci ildə institutun adı dəyişdirilərək «Aqromexanika» Elmi Istehsalat Mərkəzi, hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il qərarı ilə Azərbaycan Elmi-Tədqiqat «Aqromexanika» Institutu adı altında fəaliyyət göstərir. Institutun tərkibində hal-hazırda «Maşınqayırma», «Emal maşınları», «Elmi-texniki informasiya», «Heyvandarlığın elektromexanikləşdirilməsi və avtomatlaşdırılması» şöbələri, «Maşınlar sistemi», «Texniki bitkilərin mexanikləşdirilməsi», «Bağçılığın və üzümçülüyün mexanikləşdirilməsi», «Normativlərin işlənməsi», «Texniki servis və diaqnostika», «Bitkiçilik məhsullarının emalı və saxlanılması», «Alternativ və bərpa olunan enerji mənbələri» laboratoriyaları, «Yeni mаşınlаrın və tərtibatların konstruksiya edilməsi», «Texniki vasitələr», «Təsərrüfat» və «Texniki təchizat» bölmələri vardır. 1980-ci il dekabrın 16-da Umummilli liderimiz Hеydər Əliyеv Gəncədə olarkən institut tərəfindən hazırlanmış müxtəlif qurğu, avadanlıq və maşınlarla tanış olmuş və öz müsbət münasibətini bildirmişdir. Bütün bunların nəticəsi idi ki, institut 1986-cı ildə Azərbaycan Respublikası Həmkarlar Ittifaqı və Dövlət Aqrar Sənaye Komitəsinin keçici Qırmızı Bavrağını, 1986-87-ci illərdə isə Ittifaq ET institutları аrаsında ixtiraçılıq və səmərəli təklif üzrə keçirilən yarışın qalibi olmuşdur. İnstitutun əməkdaşları tərəfindən 340-dan artıq ixtiraya keçmiş Sovetlər Ittifaqı, Rusiya Federasiyаsi və Azərbaycan Respublikasının müəlliflik şəhadətnaməsi və patenti, 80 adda yeni maşın və qurğu, 5 yeni texnologiya və mаşın kompleksi, 27 ədəd tövsiyə işlənib hazırlanmış, 38 yeni konstruksiyalı kənd təsərrüfatı mаşınları keçmiş ittifaq maşınlar sisteminə daxil edilmişdir ki, onlardan da 8-i keçmiş SSRİ-nin maşınqayırma zavodlarında seriya şəklində buraxılışa verilmişdir. Bu konstruksiyalara 7 Beynəlxalq sərgidə (SSRİ, ÇSSR, İran) 2 qızıl, 7 gümüş və 7 bürünc medal, 1 ixtiraya isə Fransa, Bolqarıstan və AFR-in patentləri alınmışdır. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu adlanırdı.
Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu
Baytarlıq Elmi-Tədqiqat İnstitutu — baytarlıq institutu. BETİ-nin təməli Çar hökumətinin qərarı ilə 1901-ci ilin dekabr ayının 12-də Zaqafqaziyada baytarlığa dair ilk elmi müəssisə sayılan taun əleyhinə Zurnabad (Gəncə quberniyası) stansiyası təşkil edilmişdir. 1935-ci ildə hökumətin qərarı ilə respublika torpaq nazirliyinin 1935-ci il yanvarın 20-si 32/34 №-li əmri ilə Az. BETİ Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə Stansiyasına çevrildi və Zurnabaddan Bakıya köçürüldü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarının 3-cü hissəsinə əsasən Azərbaycan Dövlət baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitut və Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq Elmi–Tədqiqat İnstitutu yaradılmışdır. İnstitutun tərkibində Gənc alimlər şurası təşkil olunub və instititun gənc alimləri burada da öz elmi fəaliyyətlərini göstərirlər. İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizimlərin ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respulikasının baza müəssisəsidir. Hal-hazırda institutda 20 müxtəlif istehsalat və nəzarət, 5 salmonelyoz və 20 quduzluq, 1 quş qripi və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır. Zurnabad stansiyasında iribuynuzlu heyvanların taun xəstəliyinə qarşı serum hazırlanaraq 1902–1929-cu illərdə Türkiyədə, İranda, Orta Asiyada və başqa Yaxın Şərq ölkələrində, habelə Azərbaycanda geniş tətbiq edilmişdir. İribuynuzlu heyvanların və camışların pasterelyoz xəstəliyinə qarşı QOA formol vaksin ilk dəfə akademik M. Qəniyevin rəhbərliyi ilə 1949-cu ildə hazırlanmış və istifadəyə verilmişdir.
Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu

Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu
İlk dəfə respublikamızda heyvandarlığın vəziyyətini öyrənmək məqsədilə Azərbaycan Хalq Kоmissarlığının təklifi ilə 1926-cı ildə ekspedisiya təşkil edilmişdir. Tədbirin icrası üçün 12 nəfərdən ibarət tədqiqat qrupu yaradılmış, 418 yaşayış məntəqəsində 16540 baş heyvan fərdi təsərrüfatlarda öyrənilmiş, 5543 süd, 2340 yun, 71 dəri, 526 yem və 5690 bitki nümunələri, 7 heyvan skeleti, 520 heyvan başının skeleti, 150 baş qоyunların quyruğunun skeleti tədqiq edilmişdir. Elə həmin il Respublika Hökumətinin qərarı ilə Gəncə şəhərindən 7 km, Хanlar (Göygöl) şəhərindən 3 km aralı ərazidə heyvandarlıq elm оcağının əsası qоyulmuşdur. 1929-1930-cu illərdə ekspedisiyanın nəticələri əsasında Azərbaycan heyvandarlığının bütün sahələrini əhatə edən 6 cilddə kitab məcmuəsi nəşr edilmişdir. 1944-1949-cu illərdə stansiyaya prоfessоr F.Ə.Məlikоv rəhbərlik etmiş və demək оlar ki, gələcək institutun sərbəst elmi-tədqiqat müəssisəsi statusu alınmasının kоnkret kоnsepsiyasını hazırlamışdır. 1949-cu ildə Heyvandarlıq təcrübə stansiyasının bazasında Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu təşkil edilmişdir. İnstitut 1979-2015-ci ilə qədər akademik Firuz Əli оğlu Məlikоvun adını daşımışdır. İnstitut Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tariхli fərmanı ilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmişdir. 17 aprel 2015-ci il tarixli 109 №-li qərarı ilə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental istehsalat Faxralı Təcrübə stansiyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu yaradıldı. Eyni zamanda, Nazirlər kabinetinin 17 aprel 2015-ci il tarixli 111 №-li qərarı ilə Ağdam və Ağstafa atçılıq MMC təsərrüfatları Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun tabeliyinə verilmişdir.
Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTB ETİ) — Azərbaycanda fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsi, kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici, alaq otlarından mühafizə xidməti. 6 oktyabr 2022-ci ildə Kənd təsərrüfatı naziri İnam Kərimovun sərəncamına əsasən, İbrahim Cəfərov Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun (3 şöbə) bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Aqrar sahədə məhsuldarlığın artırılması və qorunub saxlanması çox vacib amillərdən biridir. Zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi məhsulun qorunmasında başlıca rol oynayır. Bu məqsədlə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTB ETİ) zərərli orqanizmlər haqqında geniş elmi tədqiqat işləri aparılır, onlara qarşı mübarizə tədbirləri hazırlanır. Eyni zamanda texniki bitkilər (pambıq) sahəsində məhsuldar, lif çıxımı yüksək yeni sortların alınması, rayonlaşdırılması, məhsuldarlığın artırılması üçün əlverişli texnologiyaların işlənib hazırlanması istiqamətində elmi tədqiqat isləri aparılır. Həmçinin BMTBETİ-nin Texnologiya laboratoriyasında hər il xam pambıq tədarükü mövsümünə növlər üzrə maşın və əl yığımından ibarər etalonların hazırlanması istiqamətində işlər davam etdirilir. Respublikada yeganə pambıq etalonu bu laboratoriyada hazırlanır. BMTB ETİ-nin Abşeron Təcrübə Stansiyasında pambıq sovkası, alma meyvəyeyəni, üzüm salxım yarpaqbükəni və s.
Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu — Respublikada tərəvəzçilik sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış institutut. Direktoru Elmar Allahverdiyevdir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu adlanırdı. 1965-ci ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda fəaliyyət göstərən tərəvəz bitkiləri şöbəsinin bazasında Tərəvəzçilik Elmi Tədqiqat Institutu yaradıldı və 3 təcrübə stansiyasi (Lənkəran TS-faraş tərəvəzçilik zonası, Qusarçay TS — inkişaf etmiş konserv sənayesi zonası, Tovuz TS-kartofçuluq zonası), 1 dayaq məntəqəsi (Şəmkir Dayaq Məntəqəsi-yüksək keyfiyyətli toxumluq kartof məhsulunun alınması zonası) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron yardımçı təcrübə təsərrüfatı) onun sərəncamına verildi. Institut yarandığı vaxtdan bir sıra nailiyyətlərin aparıcısı olmuşdur. İnstitutun seleksiyaçı alimləri tərəfindən tərəvəz, bostan və kartofun 100-ə qədər sortu yaradılmışdır ki, onlardan 38-i rayonlaşdırılmış, 10 sort isə Seleksiya Nailiyyətlərinin Sınağı üzrə Dövlət Komissiyasında sınaqdan keçirilir. Az. ETTİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları, 8 Regional Elm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar, Radiobiologiya, Aqrokimya və Torpaqşünaslıq, Zoologiya İnstitutları, Bakı Dövlət Universiteti, Özbəkistan Elmi-Tədqiqat Tərəvəzçilik, Bostançılıq və Kartofçuluq İnstitutu, Qazaxıstan Elmi-Tədqiqat Kartofçuluq və Tərəvəzçilik Institutu ilə əməkdaşlıq edir. İnstitutda fəlsəfə və elmlər doktorları üzrə doktorantura təhsili həyata keçirilir.
Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu
Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu — Azərbaycanın ipəkçilik sənayesini ölkədə istehsal olunan xammalla tam təchiz etmək və ipək ixracını artırmaq məqsədilə qurulmuş elmi-tədqiqat müəssisəsi Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu 7 yanvar 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır. Müasir seleksiya metodlarından istifadə edərək, yüksək məhsuldar ipəkqurdu cinsləri və tut sortları yaratmaq, yeni mütərəqqi yemləmə texnologiyaları və əkin sxemi tətbiq etməklə ipəkçiliyin intensiv inkişafına nail olmaq institutun qarşısında duran əsas məqsəddir. İnstitutun əməkdaşları tərəfindən 50-dən çox yüksək ipəkliliyə malik ağ baramalı tut ipəkqurdu cinsi və 30-dan çox tut sortları yaranmışdır. Müxtəlif illərdə ipəkqurdu cinslərindən 16-sı və tut sortlarının 20 hibridi Azərbaycanda rayonlaşdırılmışdır ki, bu da ipəkçiliyin inkişafına mühüm əhəmiyyətə malik olmuşdur. İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu
Əkinçilik Elmi Tədqiqat İnstitutu - Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır. Əkinçilik ET İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir. Əkinçilik ET İnstitutunun bazasında 1965-ci ildə ET Tərəvəzçilik İnstitutu, 1969-cu ildə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yaradılmışdır. Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılmışdır. 2000-2015-ci illər aralığında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir. İslahatdan sonra Institutun hazırkı strukturuna 3 şöbə (bitki seleksiyasi; bitki fıziologiyası və biotexnologiya; davamlı əkinçilik və bitki diversifikasiyası); 4 laboratoriya (dənin keyfiyyəti; ilkin toxumçuluq və toxumun keyfiyyəti; xəstəlik və zərərvericilərə nəzarət; torpaq və bitki analizləri), yayım və təlim əlaqə qrupu, kitabxana və kompüter mərkəzi, xarici dil və ictimai elmlər kafedrası 4 bölgə təcrübə stansiyasi (Tərtər, Qobustan, Cəlilabad, Zaqatala), 1 dayaq məntəqəsi (Şəki) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron) daxildir. Azərbaycan ET Əkinçilik İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərci) bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqəsədə nail olmaq üçün institutda yerinə yetirilən 9 mövzu və 9 iş, 5 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq pax¬lalıları, davamlı əkinçilik və bitki diversifıkasiyası) üzrə yerinə yetirilir. Bu proqramlardan 4-ü seleksiya, 1-i becərmə texnologiyası istiqamətlidir.
Azərbaycan Heyvandarlıq Elmi Tədqiqat İnstitutu
İlk dəfə respublikamızda heyvandarlığın vəziyyətini öyrənmək məqsədilə Azərbaycan Хalq Kоmissarlığının təklifi ilə 1926-cı ildə ekspedisiya təşkil edilmişdir. Tədbirin icrası üçün 12 nəfərdən ibarət tədqiqat qrupu yaradılmış, 418 yaşayış məntəqəsində 16540 baş heyvan fərdi təsərrüfatlarda öyrənilmiş, 5543 süd, 2340 yun, 71 dəri, 526 yem və 5690 bitki nümunələri, 7 heyvan skeleti, 520 heyvan başının skeleti, 150 baş qоyunların quyruğunun skeleti tədqiq edilmişdir. Elə həmin il Respublika Hökumətinin qərarı ilə Gəncə şəhərindən 7 km, Хanlar (Göygöl) şəhərindən 3 km aralı ərazidə heyvandarlıq elm оcağının əsası qоyulmuşdur. 1929-1930-cu illərdə ekspedisiyanın nəticələri əsasında Azərbaycan heyvandarlığının bütün sahələrini əhatə edən 6 cilddə kitab məcmuəsi nəşr edilmişdir. 1944-1949-cu illərdə stansiyaya prоfessоr F.Ə.Məlikоv rəhbərlik etmiş və demək оlar ki, gələcək institutun sərbəst elmi-tədqiqat müəssisəsi statusu alınmasının kоnkret kоnsepsiyasını hazırlamışdır. 1949-cu ildə Heyvandarlıq təcrübə stansiyasının bazasında Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu təşkil edilmişdir. İnstitut 1979-2015-ci ilə qədər akademik Firuz Əli оğlu Məlikоvun adını daşımışdır. İnstitut Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tariхli fərmanı ilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmişdir. 17 aprel 2015-ci il tarixli 109 №-li qərarı ilə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental istehsalat Faxralı Təcrübə stansiyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu yaradıldı. Eyni zamanda, Nazirlər kabinetinin 17 aprel 2015-ci il tarixli 111 №-li qərarı ilə Ağdam və Ağstafa atçılıq MMC təsərrüfatları Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun tabeliyinə verilmişdir.
Azərbaycan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu — Respublikada tərəvəzçilik sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış institutut. Direktoru Elmar Allahverdiyevdir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu adlanırdı. 1965-ci ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda fəaliyyət göstərən tərəvəz bitkiləri şöbəsinin bazasında Tərəvəzçilik Elmi Tədqiqat Institutu yaradıldı və 3 təcrübə stansiyasi (Lənkəran TS-faraş tərəvəzçilik zonası, Qusarçay TS — inkişaf etmiş konserv sənayesi zonası, Tovuz TS-kartofçuluq zonası), 1 dayaq məntəqəsi (Şəmkir Dayaq Məntəqəsi-yüksək keyfiyyətli toxumluq kartof məhsulunun alınması zonası) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron yardımçı təcrübə təsərrüfatı) onun sərəncamına verildi. Institut yarandığı vaxtdan bir sıra nailiyyətlərin aparıcısı olmuşdur. İnstitutun seleksiyaçı alimləri tərəfindən tərəvəz, bostan və kartofun 100-ə qədər sortu yaradılmışdır ki, onlardan 38-i rayonlaşdırılmış, 10 sort isə Seleksiya Nailiyyətlərinin Sınağı üzrə Dövlət Komissiyasında sınaqdan keçirilir. Az. ETTİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları, 8 Regional Elm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar, Radiobiologiya, Aqrokimya və Torpaqşünaslıq, Zoologiya İnstitutları, Bakı Dövlət Universiteti, Özbəkistan Elmi-Tədqiqat Tərəvəzçilik, Bostançılıq və Kartofçuluq İnstitutu, Qazaxıstan Elmi-Tədqiqat Kartofçuluq və Tərəvəzçilik Institutu ilə əməkdaşlıq edir. İnstitutda fəlsəfə və elmlər doktorları üzrə doktorantura təhsili həyata keçirilir.
Azərbaycan Əkinçilik Elmi Tədqiqat İnstitutu
Əkinçilik Elmi Tədqiqat İnstitutu - Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır. Əkinçilik ET İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir. Əkinçilik ET İnstitutunun bazasında 1965-ci ildə ET Tərəvəzçilik İnstitutu, 1969-cu ildə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yaradılmışdır. Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılmışdır. 2000-2015-ci illər aralığında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir. İslahatdan sonra Institutun hazırkı strukturuna 3 şöbə (bitki seleksiyasi; bitki fıziologiyası və biotexnologiya; davamlı əkinçilik və bitki diversifikasiyası); 4 laboratoriya (dənin keyfiyyəti; ilkin toxumçuluq və toxumun keyfiyyəti; xəstəlik və zərərvericilərə nəzarət; torpaq və bitki analizləri), yayım və təlim əlaqə qrupu, kitabxana və kompüter mərkəzi, xarici dil və ictimai elmlər kafedrası 4 bölgə təcrübə stansiyasi (Tərtər, Qobustan, Cəlilabad, Zaqatala), 1 dayaq məntəqəsi (Şəki) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron) daxildir. Azərbaycan ET Əkinçilik İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərci) bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqəsədə nail olmaq üçün institutda yerinə yetirilən 9 mövzu və 9 iş, 5 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq pax¬lalıları, davamlı əkinçilik və bitki diversifıkasiyası) üzrə yerinə yetirilir. Bu proqramlardan 4-ü seleksiya, 1-i becərmə texnologiyası istiqamətlidir.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
Ağ ciyər xəstəlikləri institutu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu – 1946 ildə Bakıda Elmi Tədqiqat Vərəm İnstitutu adı ilə təşkil edilmişdir. 1988–1999 illərdə Elmi Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutu adlandırılmışdır. Tədqiqatları respublikada vərəmlə mübarizənin təşkilinə, bakterioloji müayinə üsulunun inkişafına, bronxun və ağ ciyərin qeyri-spesifik, onkoloji və vərəm xəstəliyinin differensial-diaqnostik problemlərinə, onların spesifik və qeyri-spesifik xəstəliklərinin müalicə metodlarının təkmilləşdirilməsinə, yeni üsullarla müalicəsi problemlərinə, vərəm xəstəliyinin azaldılması yollarının elmi əsaslarınının öyrənilməsinə və s. məsələlərə həsr olunmuşdur. İnstitut vərəm xəstəliyinə qarşı müalicə-profilaktika tədbirləri də hazırlayır. Respublikada vərəmlə mübarizədə M.N.Qədirli, Y.M.Qaziyev, F.M.Vəkilov, F.M. İsmayılov, M.Novruzov və başqalarının rolu olmuşdur. Azərbaycanda ftizio-cərrahlığın pioneri sayılan Fuad Əlaəddin oğlu Əfəndiyev respublikada ilk dəfə ağ ciyər vərəmini cərrahi üsulla müalicə etmişdir. İnstitutun vərəm terapiyası, pulmonologiya, uşaq vərəmi, ağciyərdənkənar orqanlarda vərəm, ftizio cərrahiyyə, torakal cərrahiyyə, bronxoloji, müalicə-reabilitasiya, funksional diaqnostika, ambulator diaqnostika, anesteziologiya və reanimasiya, elmi informasiya şöbələri, bakterioloji, biokimyəvi, klinik, immunoloji və sitomorfoloji laboratoriyaları, uroloji, ginekoloji, burun-boğaz-qulaq xəstəlikləri kabinetləri; elmi kitabxanası var. İnstitutda 2 elmlər doktoru və 23 elmlər namizədi işləyir. Aspiranturası və klinik ordinaturası var.
Elmi-Tədqiqat Kardiologiya İnstitutu (Azərbaycan)
Elmi-Tədqiqat Kardiologiya İnstitutu — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində dövlət müəssisəsi. Akademik Cahangir Abdullayevin adını daşıyır. Hal-hazırda İnstituta Azərbaycan alimi, professor, tibb elmləri doktoru Gülnaz Dadaşova rəhbərlik edir. Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutu 1979-cu ildə Heydər Əliyevin təşəbbüsü ilə ürək-damar xəstəliklərinin dərk edilməsini təkmilləşdirmək və ürək xəstəliklərindən əziyyət çəkən xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yaradılmış və akademik Cahangir Abdullayevin adı verilmişdir. İnstitut həmin ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət müəssisəsi kimi ilk növbədə elmi-tədqiqat və xəstələrə qayğı ilə məşğuldur. Qurumun hazırkı direktoru Gülnaz Dadaşovadır. O quruma 2018-ci ildən rəhbərlik edir. Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun fəaliyyəti ilk növbədə elmi-tədqiqat işlərinə yönəlib. İnstitut fundamental elmdən klinik və tərcümə tədqiqatlarına qədər ürək-damar xəstəliklərinin müxtəlif aspektləri üzrə tədqiqatlar aparır. Tədqiqatın məqsədi ürək xəstəliklərinin mexanizmləri, diaqnostikası, müalicəsi və qarşısının alınması ilə bağlı yeni anlayışlar tapmaqdır.
Elmi-Tədqiqat Kardiologiya İnstitutu (Ravalpindi)
Ravalpindi Kardiologiya İnstitutu (RIC) Pakistanın Pəncab əyalətinin Ravalpindi şəhərində Raval Yolunda yerləşən qeyri-kommersiya üçüncü dərəcəli ürək xəstəxanasıdır. 2012-ci ildə qurulan RIC-in ölkənin müxtəlif bölgələrinə səhiyyə xidmətləri göstərən təxminən 50 şöbəsi var. Xəstəxana Pəncabın Səhiyyə Nazirliyi tərəfindən yaradılıb və açılışını Pəncabın keçmiş baş naziri Şahbaz Şərif edib. 2005-ci ilin oktyabrında Ravalpindi Kardiologiya İnstitutunun (RIC) yaradılması Pəncab Baş Naziri Çaudri Pərviz Elahinin hökuməti tərəfindən təsdiq edildi. Tikintisinə 2010-cu ilin iyununda başlanılmış, dəyəri 2,75 milyard rupi təşkil etmişdir. Həmin vaxt Pəncabın baş naziri olan Şahbaz Şərif layihənin bir il ərzində tamamlanacağını bildirsə də, maliyyə çatışmazlığı səbəbindən layihə bu müddətə yerinə yetirilə bilmədi. Pakistan Müsəlman Liqası-N Milli Assambleyasının keçmiş üzvü Hənif Abbasinin sözlərinə görə, əyalət hökuməti layihə üçün 100 milyon rupi ayırıb. Baş nazir daha sonra RIC-in açılışının 14 avqust 2012-ci ildə baş tutacağını bildirdi, lakin avadanlığın quraşdırılması gecikdiyi üçün bu tarixdə də baş tutmadı. RIC Tibb Müfəttişi Dr. Şoaib Xan, layihənin təxirə salınmadığını, lakin səhiyyə departamentinin Ramazan və baş nazirin bəzi vacib tapşırıqları səbəbindən açılış mərasiminin gecikdiyini söylədi.